“Qəbələ” I Liqanın ilk turu çərçivəsində öz meydanında “Zaqatala”nı qəbul edib.
Sportal.az xəbər verir ki, görüş qolsuz bərabərliklə başa çatıb – 0:0. Oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxabar Tsxadadze klubun mətbuat xidmətinə açıqlama verib. Oyunla bağlı fikirlərini bildirən mütəxəssis bunları deyib:
“Çempionatda birinci oyunlar hər zaman həyəcanlı və çətin olur. Futbolçulardan razıyam. Hamısı əziyyət çəkdilər, qol imkanlarımız da oldu. Lakin daha çox qol epizodları yaratmaq və onları dəyərləndirmək lazımdır. Rəqibimiz də yaxşı oynadı. Ümumilikdə deyə bilərəm ki, yaxşı oyun oldu. Heyətimizin 95 faizi dəyişib. Buna baxmayaraq rəqiblərimiz də bizə qarşı çox böyük motivasiya ilə oynayırlar. Mən rəqib komandanın nəticəyə görə necə böyük bayram etdiklərini də gördüm. Bizdə də yaxşı oyun gördük. Amma hücumda keyfiyyəti daha da artırmaq lazımdır”
saytlarin hazirlanmasi