Mahir Emrelinin komandası səfərdə qalib gəldi

18:05 - 14 Sentyabr 2024

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Ulm 1846" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı hücumçu sona qədər ehtiyatda qalıb.

Xallarını 7-yə yüksəldən "Nürnberq" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti