“Dinamo”nun(Berlin) azərbaycanlı hücumçusu Rüfət Dadaşov Almaniyanın Şimal-Şərq Regional Liqasının 7-ci turunda “Qrayfsvalder” üzərində qazandıqları qələbəni (2:1) şərh edərkən, komandanın müvəqqəti baş məşqçisi Nils Vaylerin işinə də toxunub.
Sportal.az “Berliner Kurier”ə istinadən xəbər verir ki, millimizin sabiq üzvü Vayler barədə bunları deyib:
"Biz Nils Vaylerə tam güvənirik. Bunu “Qreyfsvalder”lə matçda meydanda göstərdik. Biz əla komandayıq".
"Dinamo" 8 turdan sonra 12 xalla 7-ci pillədədir. Lider "Karl Zeyts Yena"nın isə 18 xalı var.