İngiltərə klubu yeni stadion inşa etdirəcək

15:46 - 15 Sentyabr 2024

Ötən mövsüm İngiltərə Premyer Liqasında çıxış etmiş "Luton Taun" yeni stadion inşa etdirəcək.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, "papaqçılar"ın 2027-ci ilə qədər yeni 25 min tamaşaçı tutumlu stadiona köçməsi planlaşdırılır.

Bu, komandanın hazırkı “Kenilworth Road” arenasının tutumundan təxminən iki qat çox deməkdir. 

Yeni stadion təkcə kluba kömək etməməli, həm də şəhərin infrastrukturunu təzələməlidir. Tikinti çərçivəsində mehmanxana və konsert meydançası da yer alacaq.
 

Xəbər xətti