Milli komandamızın üzvü Rahil Məmmədovun formasını geyindiyi "Radomiak" Polşa çempionatında növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Məmmədovun komandası "Lexiya"nın qonağı olub və rəqibinə 0:1 uduzub.
Məmmədov bu oyunda meydana buraxılmayıb. Halbuki adı iştirak ərizəsində olub.
"Radomiak" Polşa çempionatında 7 turdan sonra 6 xalla 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi