"Çelsi" aparıcı futbolçusunun xidmətindən avrokuboklarda istifadə edə bilməyəcək

18:46 - 15 Sentyabr 2024

"Çelsi"nin baş məşqçisi Enzo Mareska yarımmüdafiəçilər Koul Palmer və Romeo Lavianın, eləcə də müdafiəçi Uesli Fofananın Konfrans Liqası üçün açıqlanan heyətdən nəyə görə kənarda qaldığını açıqlayıb.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, italiyalı məşqçi həmin oyunçuları xilas etməkdən üçün adıçəkilən futbolçuları UEFA-nın sifariş ərizəsinə daxil etmədiklərini deyib: 

"Bəli, Palmer, Lavia və Fofananı sifariş ərizəsinə daxil etmədik. Amma bu, həmin futbolçuları xilas etməyə çalışdığımız üçün atılmış addımdır. Koul yaxşıdır, formadadır. Premyer Liqa matçlarında bizə kömək edəcək".

"Çelsi" Konfrans Liqasında "Gent", "Panatinaikos", "Noah", "Heydenheym", "Astana", "Şamrok Rovers" klubları ilə qarşılaşacaq.

Xəbər xətti