Dadaşov oynadı, "Dinamo" heç-heçəni xilas etdi 

11:17 - 15 Sentyabr 2024

Almaniyada Şimal-Şərq Regional Liqasında 8-ci turun bir sıra oyunları keçirilib. 

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo"(Berlin) evdə “Çemnitzer”lə qarşılaşıb.

Görüş qolsuz bərabərliklə yekunlaşıb. Dadaşov start heyətində meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.

Hazırda "Dinamo" 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
 

Xəbər xətti