"Şamaxı"nın hücumçusu "Qəbələ"də

15:46 - 16 Sentyabr 2024

“Qəbələ” daha bir transferini gerçəkləşdirib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Elşad Tağıyevlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qəbələ” akademiyasının yetirməsi olan 23 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Futbolçu daha öncə “Turan Tovuz” və “Səbail”in əsas komandalarında çıxış edib. “Neftçi”nin əvəzedici heyətində də forma geyinən Elşadın son komandası “Şamaxı” olub.

Xəbər xətti