Millimizin forvardı baş məşqçisiz qaldı

16:22 - 16 Sentyabr 2024

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi Türkiyənin "Ankaragücü" klubu baş məşqçisiz qalıb.

Sportal.az xəbər verir ki, Cihat Arslan komandanın baş məşqçisi postunu tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Xəbər xətti