Azərbaycan millisi Türkiyəyə yollanacaq

10:08 - 17 Sentyabr 2024

Çimərlik futbolu üzrə Azarbaycan milli komandası sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirəcək. Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Milliyə dəvət edilən oyunçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.

Xəbər xətti