"Neftçi"nin hücumçusu "Şamaxı"ya keçə bilər

14:49 - 17 Sentyabr 2024

"Neftçi" və U-21 yığmamızın hücumçusu Ağadadaş Salyanski qışda icarəyə yollana bilər. 

Sportal.az saytına verilən məlumata görə, “Neftçi”Nin əsas heyətinə düşə bilməyən forvardın oyun praktikası qazanmaq üçün Premyer Liqa klublarından birinə icarəyə veriləcəyi gözlənilir.

Onu icarəyə götürmək istəyən komandalardan biri “Şamaxı”dır.

Bölgə təmsilçisi qışda Salyanskini altı aylıq icarəyə götürməyi planlaşdırır.

Keçidin baş tutub-tutmayacağı qış “transfer pəncərəsi” zamanı dəqiqləşəcək. 20 yaşlı forvardın “Neftçi” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti