"Neftçi"nin sabiq kapitanı Voyislav Stankoviç özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi Serbiyada qalıb.
O, "Teleoptik"la anlaşıb. Belə ki, təcrübəli müdafiəçi mövsümün sonuna qədər Serbiya aşağı liqasında yarışan klubda oynayacaq.
Stankoviç karyerası ərzində "Dinamo"(Vranye), "OFK Beoqrad", "Partizan", "İnter"(indiki "Şamaxı"), "Qəbələ", "Neftçi" klublarının formasını geyinib. O, son olaraq, Serbiya Superliqasında yarışan "Jelezniçar"(Pançevo) klubunda oynayırdı.
saytlarin hazirlanmasi