"Neftçi"nin "Neftçi Arena"ya qayıdışı 7-ci turdakı "Qarabağ"la oyunda baş tutacağı ehtimal edilirdi. Lakin bu komandaların matçı "Azərsun Arena"da keçiriləcək.
Sportal.az saytına verilən məlumata görə, paytaxt təmsilçisinin "Neftçi Arena"da mövsümdəki ikinci görüşü Misli Premyer Liqasının 8-ci turunun oyununda baş tutacaq.
Belə ki, "ağ-qaralar" "Sumqayıt"la oyunu məhz öz stadionunda keçirəcək. Həmin görüş sentyabrın 28-də reallaşacaq.
Qazon üzərində aparılan işlərlə yanaşı, tribunaların rəngləri ağ-qaraya dəyişdirilib.
Qeyd edək ki, “Neftçi” bu mövsüm yalnız Misli Premyer Liqasının ilk turunu "Neftçi Arena"da keçirib. Amma "Turan-Tovuz"la ev oyunundan (0:0) sonra qazonun bərbad vəziyyətdə olması səbəbindən paytaxt klubunun stadionu təmirə bağlanmışdı.
saytlarin hazirlanmasi