Renat Dadaşovun komandasında yeni baş məşqçi

10:22 - 18 Sentyabr 2024

Azərbaycan milli komandamızın forvardı Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" yeni baş məşqçisinin adını açıqlayıb.

Sportal.az xəbər verir ki, paytaxt klubu Kenan Koçakla anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Türkiyəli mütəxəssis "Hannover", "Sandhauzen", "Manheym" klublarında baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, Dadaşov bu mövsüm "Ankaragücü"nün heyətində 5 matça çıxıb, 2 qol vurub və 1 asist edib.

Xəbər xətti