"Neftçi" Qara Qarayevlə yollarını ayırdı - RƏSMİ

16:20 - 19 Sentyabr 2024

"Neftçi" Qara Qarayevlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi 32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" əcrübəli yarımmüdafiəçiyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Qarayev “Neftçi”nin heyətində 28 rəsmi oyun keçirib, 1 qol vurub.

Xəbər xətti