Ukraynada oynayan millimizin üzvü: "Çempionluq uğrunda mübarizədə yer ala bilərik"

20:22 - 20 Sentyabr 2024

"Düşünürəm ki, mövsümə yaxşı başlamışdıq və məşqçilər korpusunun bizdən tələblərini yerinə yetirməyə çalışırıq. Bu, çempionatın hələ başlanğıcıdır və mən indi cədvələ baxmağın mənasını görmürəm, əsas odur ki, komanda hər oyunda irəliləyir".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Polesye"nin yarımmüdafiəçisi Emil Mustafayev deyib.

Ukrayna Premyer Liqasında hazırda ikinci pillədə qərarlaşn klubun futbolçusu olan millimizin üzvü bu mövsüm avrokuboklarda iştiraklarını da xatırlayıb:

"Avrokuboklarda qruplara vəsiqə qazana bilməməyimizin səbəbi var. Bir çox nüanslar kəskin şəkildə dəyişdi və avrokuboklara hazırlaşmaq üçün az vaxtımız oldu. Amma düşünürəm ki, biz avrokubok oyunlarında da layiqli mübarizə apardıq".

Azərbaycan millisinin yarımmüdafiəçisi “Polesye”nin çempionluq mübarizəsində yer alacağına inandığını deyib: "Çempionluq uğrunda mübarizədə yer almağımız? Hər şey mümkündür. Bu mübarizədə yer ala bilərik. Çünki yaxşı oyunçularımız var və ən yaxşı nəticəni əldə etmək üçün bütün səylərimizi göstərəcəyik".

Mirbağırağa

Xəbər xətti