Mahir Emreli "Nürnberq"in heyətində debüt edib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü II Almaniya Bundesliqasının 6-cı turunun "Herta" ilə matçında meydana daxil olub. 27 yaşlı hücumçu 39-cu dəqiqədə zədələnən komanda yoldaşı Benjamin Qolleri əvəz edib.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
6 turdan sonra 7 xal toplayan "Nürnberq" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi