“Neftçi”də növbəti ayrılıqlar baş tuta bilər.
Sportal.az saytına verilən məlumata görə, Roman Qriqorçuk daha bir neçə futbolçunu sərəncamında görmək istəmir.
Qara Qarayevlə yollarını ayıran “Neftçi”də həm legioner, həm də yerli futbolçulardan bəzilərinin ayrılığının yaşanmaq ehtimalı yüksəkdir. Ukraynalı mütəxəssisin Azər Əliyevin xidmətində maraqlı olmadığı bildirilir. Yaxın günlərdə olmasa da, millimizin üzvü ilə ən pis halda qışda yolların ayrıla biləcəyi ehtimal edilir.
30 yaşlı müdafiəçinin “Neftçi” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, əvvəllər “Yenisey”, “Saxalin”, “Krılya Sovetov”, “Ufa”, “Tambov” komandalarında oynayıb.
saytlarin hazirlanmasi