Türkiyə birinci liqasında 6-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev formasını geyindiyi "Bandırmaspor" "İstanbulspor"la qarşılaşıb.
Görüş 0:0 hesabı ilə yekunlaşıb. Meydana start heyətində buraxılan Diniyev 84-cü dəqiqədə əvəzlənib. O, sarı vərəqə ilə cəzalandırılıb.
"Bandırmaspor" 6 turdan sonra 8 xalla 12-ci pillədədir.
saytlarin hazirlanmasi