Mahir Emreli debütündən yazdı: "Çox sevindim" - FOTO

11:18 - 23 Sentyabr 2024

“Nürnberq”in azərbaycanlı futbolçusu Mahir Emreli Almaniya ikinci Bundesliqasının 6-cı turunun “Herta”(Berlin) ilə oyununda (0:2) debütünü şərh edib.

Sportal.az xəbər verir ki, instaqram hesabında paylaşım edən Emreli bunları yazıb:

"Uzun müddətdən sonra yenidən meydana qayıtdığım üçün çox sevindim. Təəssüf ki, matçın nəticəsi gözlədiyimiz kimi olmadı. Biz məyusuq, üzr istəyirik. Bununla belə, biz səbirsizliklə gözləyirik. İşləməyə davam edirik. Bizə dəstək olan hər kəsə təşəkkür edirik".

Qeyd edək ki, Emreli matçın 39-cu dəqiqəsində meydana daxil olub.

Xəbər xətti