"Neftçi"nin braziliyalı legioneri Andre Şinyaşiki Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 7-ci turunun "Qarabağ"la görüşü haqda danışıb: "Çox çətin matç oldu. Əvvəlcədən də, bunu bilirdik. Çünki onlar güclü komandadır. "Qarabağ"a qarşı ürəkaçan, istədiyimiz kimi yaxşı oynaya bilmədik. Çünki rəqibimiz çox güclüdür. Əfsuslar olsun ki, uduzduq. Bu matç geridə qaldı. Növbəti tura hazırlaşmalıyıq. Hamımız əlimizdən gələni edirik ki, vəziyyəti yaxşıya doğru dəyişək. "Neftçi"də elə oyunçu yoxdur ki, maksimumunu verməsin, canın qoymasın. Hər şey edirik. Sadəcə dönüş edə bilmirik".
Şinyaşiki "Qarabağ"la görüşdən sonra "Neftçi"nin fanatları ilə nə haqda danışdıqlarını da açıqlayıb: "Azarkeşlərlə danışdıq. Onlara söz verdik ki, qarşıdakı matçlarda daha fərqli "Neftçi" görəcəksiz. Çalışacağıq ki, qarşıdakı iki oyunda qələbə qazanaq. Belədə, həmin qələbələrlə azarkeşlərimizi sevindirmək istəyirik. Ümidvaram ki, hər şey istədiyimiz kimi də alınar".
Qeyd edək ki, "Neftçi" 7 turdan sonra aktivindəki 4 xalla 9-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi