Ötən mövsümü “Qəbələ”də keçirmiş Bilel Auaşeriya özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, fransalı futbolçu Səudiyyə Ərəbistanında oynayacaq.
Ona Azərbaycan klublarından təklif olsa da, yarımmüdafiəçi ölkəmizə qayıtmamağa qərar verib.
Bilel Səudiyyə Ərəbistanının ikinci liqasında çıxış edən “Əl-Najma” klubu ilə bir illik müqavilə imzalayıb.