“Nürnberq”in hücumçusu Mahir Emreli klubun rəsmi saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, azərbaycanlı forvard müsahibə zamanı karyerasının bəzi anlarını xatırlayıb:
"Qarabağ”ın heyətində Londondakı “Stemford Bric”də “Çelsi” ilə ilk Çempionlar Liqası oyununu xatırlayıram. Şansımız olmasa da, bizim üçün tarixi görüş idi. Səfər matçları zamanı stadionları ab-havası ilə yadda qalan klubların adını çəkəsi olsam, “Borussia” (Dortmund), PAOK və Roma komandalarını qeyd edərdim”.
Millinin hücumçusu legioner həyatı yaşamaq qərarını verməyini isə belə xatırlayıb: “Karyera yolumla bağlı qərar verəndə bunu, xüsusən də ölkəm üçün etmişəm. Azərbaycandan Almaniya, Xorvatiya və ya Polşaya çox futbolçu yollanmayıb. Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm ki, bu addımı atmağa cəsarət etsinlər. Mən özüm çox ünsiyyətcil insanam və yeni və fərqli mədəniyyətlərlə tanış olmağı sevirəm”.
27 yaşlı futbolçu Azərbaycan haqda da danışıb: “Biz müsəlman ölkəsiyik, eyni zamanda çox tolerantıq. Biz bütün dinləri və mədəniyyətləri birləşdirməyə çalışırıq. Ölkəmizdə məscidlər, yəhudi sinaqoqları, kilsələr var. Məsələn, ruslar Ukraynadan gələn mühacirlərlə bir yerdə yaşayırlar. Ölkəmiz digər mədəniyyətlərlə birlikdə böyüyür və onlarla harmoniyada yaşamağı öyrənir. Bu səbəbdən heç vaxt başqa mədəniyyətə uyğunlaşmaqda çətinlik çəkməmişəm. Hazırda bu dünyada çoxlu nifrət var. İnsanlara başqa yol olduğunu göstərmək istəyirəm”.
saytlarin hazirlanmasi