Polşada ölkə kubokunun 1/32 final mərhələsinin bir sıra oyunları baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” səfərdə “Qornik” (Zabrze) ilə qarşılaşıb.
Görüşün əsas vaxtı heç-heçə başa çatıb. Əlavə vaxtda isə “Radomyak” 1:0 qalib gəlib.
Rahil Məmmədov 120 dəqiqə oynayıb. Qələbə "Radomyak"ı 1/16 finala çıxarıb.
saytlarin hazirlanmasi