Pyaniç Rusiya klubunda - RƏSMİ

16:17 - 26 Sentyabr 2024

Rusiyanın ÇSKA klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarca" klubundan ayrılan Miralem Pyaniçi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Moskva klubu bosniya və herseqovinalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Miralem Pyaniç karyerası ərzində “Mets”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona” və “Beşiktaş”da çıxış edib

Xəbər xətti