"Bəli, keçən il İtaliya D seriyasındaydım. Bir az çətin liqadır. Daha çox fiziki mübarizə gedir. Bütün komandalar fiziki gücə dayanır. Amma təcrübə toplamaq üçün yaxşı perioddur. Mən də orada yaxşı təcrübə keçdim. İtaliyada qala bilərdim. Çünki İtaliya klublarından təklifim var idi".
Bu sözləri Sportal.az saytına açıqlamasında San-Marionun “Faetano” klubunun yeni transferi Raul Yaqubzadə deyib.
Azərbaycanlı forvard yeni komandasına keçidinin necə baş tutduğunu deyib: "Bu mövsüm üçün San-Marinonu seçdim. Komandamız avrokuboklara çıxmaq üçün mübarizə aparır. Hədəfimiz budur. Komandamdan razıyam. Əlimdən gələni edəcəm ki, komandaya köməyim dəysin. İnanıram ki, bunu edə biləcəm. "Faetano"nun şəraiti çox yaxşıdır. Təkliflərim az deyildi. Amma mən sonda "Faetano" variantının üzərində dayandım. İndi bütün fikrim də artıq bu komandayadır. San-Marino klubunu seçməyimdə əsas məqsəd də avrokuboklarda oynamaqdır. "Faetano" da əsas liqada oynayır. Buradan tramplin kimi istifadə edərək Avropanın daha yaxşı liqalarına getmək istəyirəm".
Mirbağırağa
saytlarin hazirlanmasi