"Qarabağ"ın tanışı sabiq baş məşqçisini geri qaytardı

20:46 - 28 Sentyabr 2024

"Dinamo"(Zaqreb) sabiq baş məşqçisini geri qaytarıb.

Sportal.az xəbər verir ki, Xorvatiya nəhəngi Nenad Bjeliça ilə anlaşıb.Çempionlar Liqasında “Bavariya”ya 2:9 hesabı ilə uduzduqdan sonra rəhbərlik Sergey Yakiroviçi istefaya göndərmişdi.

Əlavə edək ki, “Dinamo” ÇL-in təsnifat mərhələsinin pley-off görüşlərində “Qarabağ”ı məğlub etmişdi.

53 yaşlı mütəxəssis 2018-2020-ci illərdə “Dinamo”nu çalışdırıb.

Xəbər xətti