Kloze "Hannover"lə görüşdə Mahir Emreliyə şans verəcək?

21:23 - 28 Sentyabr 2024

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya İkinci Bundesliqasının 7-ci turunun “Hannover”lə qarşıdakı oyunu haqda danışarkən, komandanın bu görüş üçün mümkün start heyətinə də toxunub.

Sportal.az “Traunsteiner Tagblatt”a istinadən xəbər verir ki, Klozenin fikrincə, azərbaycanlı hücumçu sabah baş tutacaq oyunda əsas heyət üçün variantlardan biridir. 

Xatırladaq ki, millimizin forvardı “Nürnberq”də debütünü ötən tur “Herta” ilə görüşdə 39-cu dəqiqədə meydana çıxaraq edib.

Əlavə edək ki, "Hannover" - "Nürnberq" görüşü sentyabrın 29-da keçiriləcək.
 

Xəbər xətti