Azərbaycanlı futbolçunun komandası "Partizani"yə uduzdu

11:23 - 28 Sentyabr 2024

Albaniya Superliqasında 7-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" növbəti matçına çıxıb.

Azərbaycanlı futbolçunun komandası "Partizani"ni qəbul edib. Qarşılaşma Əliyevin komandasının 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Zamiq meydana start heyətində çıxıb və sona qədər oynayıb. 

Qeyd edək ki, "Eqnatiya" 11 xalla turnir cədvəlində üçüncü pillədədir.

Xəbər xətti