Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hannover"in qonağıdır.
Komandaların saat 15:30-da start götürəcək oyunda meydana çıxacağı heyətlər müəyyənləşib. Mahir matça start heyətində başlayacaq.
Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi