Filandiya çempionatında 25-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geydiyi HİK öz meydanında “İlves”i qəbul edib.
Matça ehtiyat oyunçular skamyasından başlayan Kökçü 83-cü dəqiqədə Kevor Palumetsin əvəzinə meydana daxil olub.
Qarşılaşma HİK-in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. 25 turdan sonra 45 xalı olan Kökçünün komandası üçüncü pillədə qərarlaşıb. “İlves” 48 xalla lider, “KuPS” isə 47 xalla ikincidir.
saytlarin hazirlanmasi