"Şimal"dan "Qusar"a 3 cavabsız qol - VİDEO

18:04 - 30 Sentyabr 2024

Futbol üzrə Azərbaycan II Liqasında V tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Qusar" öz meydanında "Şimal"ı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 9-a yüksəldən "Şimal" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2 xalı olan "Qusar" isə 12-ci yerdədir.

"Qusar" - "Şimal" 0:3
Qollar:
 Ş.Sədiyev, 17, 39, E.Babayev, 72

Xəbər xətti