"Dinamo"nun üzvü: "Macarıstanda oynamaqdansa, Azərbaycana yollanmaq daha yaxşıdır"

18:22 - 1 Oktyabr 2024

Belarusun “Dinamo” (Minsk) klubunun müdafiəçisi Vadim Piqas Konfrans Liqasının əsas mərhələsi çərçivəsində komandasının qarşıdakı ev oyunlarını Sumqayıtda keçirməsi ilə bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Belarus mətbuatına danışan Minsk təmsilçisinin futbolçusu komandasının ölkəmizdə oynaması ilə bağlı bunları deyib: 

"Macarıstanda oynamaqdansa, Azərbaycanda oynamaq yaxşıdır? Bu, loqistika baxımından daha yaxşıdır. Çünki Minskdən Bakıya birbaşa uçuşlar var və orada hələ də arenaya getmək üçün avtobusla bir saat vaxt sərf etmək lazımdır. Macarıstanda bu məsələ bir az daha çətindir. Mən oyunların Minskdə keçirilməsini istəyərdim. Lakin bu mümkün olmadığı üçün biz loqistika baxımından ən yaxşı variantı tapmağa çalışırıq. Macarıstanda oynamaqdansa, Azərbaycana yollanmaq daha yaxşıdır"

Xatırladaq ki, Belarus çempionu ev oyunlarını Sumqayıtdakı Mehti Hüseynzadə adına stadionda keçirəcək. Bu arenada onlar “Kopenhagen” (Danimarka), “Larne” (Şimali İrlandiya) və “Harts”ı (Şotlandiya) qəbul edəcək.
 

Xəbər xətti