"Neftçi" "Dinamo"nun sabiq forvardını istəyir

12:58 - 3 Oktyabr 2024

"Neftçi" növbəti transferi reallaşdırmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” heyətini hücumçu ilə gücləndirməyi planlaşdırır.

Söhbət Mussa Konedən gedir. 27 yaşlı mərkəz hücumçusu özü də “Neftçi”yə keçidə razılıq verib.

Seneqalın “Dakar-Sakre”, “Sürix”, “Dinamo”(Drezden), “Nim”, “LASK Linz”, “Dunayska Streda” klublarında oynamış Konenin mövsümün gedişində “Neftçi”yə qoşulacağı ehtimal edilir.

O, hazırda klubsuzdur.

Xəbər xətti