Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubuna keçə bilər

14:51 - 4 Oktyabr 2024

“Boluspor”un azərbaycanlı futbolçusu Vüsal İsgəndərli qışda komandasını dəyişə bilər.

Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçiyə Bosniya və Herseqovinadan təklif gəlib. İsgəndərli bu ölkənin köklü klublarından olan “Sarayevo”dan təklif alıb.

Bosniyalılar onu qışda heyətinə qatmaq istəyir. Millimizin üzvü isə öz qərarını qışda verəcək.

Vüsal İsgəndərlinin “Boluspor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə”(indiki “Şamaxı”), “Keçiörengücü”, “Sumqayıt”, “Eqnatiya” klublarında oynayıb.

Xəbər xətti