Futbol üzrə Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” doğma meydanda “Beroe”ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Cəlal bu matçın iştirakçısı olmayıb. 21 yaşlı mərkəz müdafiəçisi sonadək ehtiyatda qalıb.
6 turdan sonra 15 xal toplayan “Arda” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi