"Kəpəz" Misli Premyer Liqasının 9-cu turunda Tovuz şəhər stadionunda "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib.
2 qol vuraraq Gəncə təmilçisinin qələbəsində pay sahibi olan Orxan Əliyev Sportal.az saytına açıqlama verib. 29 yaşlı hücumçu mövsümdə qazanılan ilk 3 xalın komandaya müsbət təsir edəcəyini bildirib:
"Qələbə qazandıq, çox sevincliyik. Qalib gəlmək üçün hər şey etdik. Bu qalibiyyət bizə lazım idi. 8 oyundur məğlub olurduq. Bu, bizə çox pis təsir edirdi. Komandada ab-hava müsbətə doğru dəyişir. İnanıram ki, yenə qələbələr qazanacağıq. Vəziyyəti düzəltmək üçün qalib gəlmək lazımdır. Biz də bunu etdik. Bundan sonra daha yaxşı olacaq.
Orxan Əliyev Azərbaycanın köklü klubları olan "Neftçi" və "Kəpəz"in turnir cədvəlinin son pillələrində qərarlaşmasına münasibət bildirib. Təcrübəli forvard hər iki klubun bu vəziyyətdən çıxacağına inandığını bildirib:
"Neftçi" böyük komandadır. Onları bu vəziyyətdə görmək xoş deyil. Azərbaycanda "Neftçi" həmişə brend olub. Əminəm ki, bu vəziyyətdən çıxacaqlar. Heç kim belə duruma düşmək istəməz. Sadəcə bu, futboldur. Futbolda dəyişikliklər çox olur. İstəyirəm ki, "Neftçi" və "Kəpəz" kimi böyük klublar sonuncu pillələrdə olmasın".
Elçin Əlixan
saytlarin hazirlanmasi