Mahir Emreli oynadı, "Nürnberq" qələbə qazandı

16:55 - 5 Oktyabr 2024

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Pröyssen Mönster"i qəbul edib. Qarşılaşma Miroslav Klozenin rəhbərlik etdiyi kollektivin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətində başlayıb. Azərbaycanlı futbolçu 72-ci dəqiqədə əvəzlənib.

Xallarını 10-a yüksəldən "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti