Türkiyə 1-ci Liqasında 8-ci turun görüşləri davam edir.
Sportal.az xəbər verir ki, bu gün Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Ümraniyespor"un qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Coşqun Diniyev də bu oyunda iştirak edib. Millimizin yarımmüdafiəçisi matça start heyətində başlayıb və 69-cu dəqiqədə əvəzlənib.
8 turdan sonra aktivində 12 xal olan "Bansırmaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi