Türkiyə 1-ci Liqasında 8-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" doğma meydanda "Adanaspor"u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard oyuna ehtiyatda başlayıb. O, 69-cu dəqiqədə Kevin Varqanın yerinə meydana daxil olub.
8 turdan sonra 10 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi