AFFA rəsmisi "Yuventus"un oyununa təyinat aldı

11:27 - 7 Oktyabr 2024

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportal.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Valerenqa” (Norveç) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 9-da Norveçin Oslo şəhərində yerləşən “Valerenqa” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti