Millimiz dünya çempionatına məğlubiyyətlə başladı

17:10 - 7 Oktyabr 2024

23 yaşadək minifutbolçular arasında dünya çempionatına start verilib.

Sportal.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan millisi Xorvatiyada təşkil olunan yarışda ilk matçına çıxıb.

Rəcəb Fərəczadənin komandası ilk turda Serbiya ilə qarşılaşıb. Oyun rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz 2-ci turun görüşündə sabah Hindistanla üz-üzə gələcək.

Xəbər xətti