Qadınlardan ibarət Azərbaycan millisinin futbolçuları Nazlıcan Parlak və Kristina Bakarandzenin formasını geyindiyi "Qalatasaray" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə qoşulub.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Lion"un qonağı olub və rəqibinə 0:3 uduzub.
Bakarandze matça start heyətdə başlayıb və sona qədər mübarizə aparıb. Nazlıcan isə 78-ci dəqiqədə meydana çıxıb.
8 oktyabr
"Lion"(Fransa) - "Qalatasaray" (Türkiyə) 3:0
saytlarin hazirlanmasi