Milli komandaların oyunlarına görə yaranan fasilə komandalara fərqli təsir göstərir. Məsələn, oyunçuları müxtəlif yığmaların heyətinə yollanan "Qarabağ" üçün yaxşı hal deyilsə, milliyə oyunçu verməyən klubların əlinə işləyir belə fasilələr.
"Kəpəz" üçün də yaxşı fürsətdir millinin oyunları. Komandanı mövsümün gedişində götürən Azər Bağırov düz-əməlli hazırlıq keçə bilməyib. "Kəpəz"ə yeni qoşulan xeyli sayda futbolçu yayda toplanış görməyiblər.
Azər Bağırov "Kəpəz"də bir neçə ardıcıl məğlubiyyət yaşasa da, "Zirə" ilə səfər matçında məşqçi işinin ilkin işartıları görünmüşdü. Gəncə klubu ilk hissədə rəqibin oyununu pozmaq, effektiv pressinq tətbiq etməklə ümid vermişdi. "Neftçi" üzərində qələbə "Kəpəz" üçün özgüvən hadisəsi oldu. Dörd qol vurub, o qədər də təhlükəli qol epizodları yarada bildilər rəqib qapısında.
"Kəpəz"in qanını qaralda biləcək yeganə məqam növbəti tur rəqibin "Qarabağ" olmasıdır. Müsbət məqam oyunun Tovuzda süni örtüklü meydançada keçirilməsidir. Bilirik ki, "Qarabağ"ın oyunçuları adətən belə keyfiyyətsiz örtüklərdə özlərini qoruyaraq oynayırlar. Həm də unutmayaq ki, Azər Bağırovun ötən mövsüm "Araz-Naxçıvan"ın baş məşqçisi kimi "Qarabağ" üzərində qələbəsi olub.
Həmid
saytlarin hazirlanmasi