“Neftçi”nin futbolçusu Kilan Lebon Sent Martin millisində növbəti oyuna çıxıb.
Sportal.az xəbər verir ki, sözügedən yığma Şimali və Mərkəzi Amerika KONKAKAF Millətlər Liqasında Sent Lusiya ilə qarşılaşıb. Matç Sent Martinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Lebon bu görüşdə start heyətdə yer alıb. O, 90-cı dəqiqədə Barakatla əvəzlənib.
Sent Martin millisi B qrupunda 3 turdan sonra xalsızdır və 4-cü sırada qərarlaşıb. Sent Lusiya isə 9 xalla liderdir.
saytlarin hazirlanmasi