Roman Qriqorçukla yollarını ayıran "Neftçi" baş məşqçi postuna axtarışları davam etdirir.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın gündəmində olan mütəxəssislərdən biri Abdullah AVcıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Paytaxt klubunun rəsmiləri İstanbula gedərək türk məşqçi ilə görüşüb və şərtləri irəli sürüb.
Abdullah Avcı ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır. Buna görə də 63 yaşlı mütəxəssis "Neftçi"dən vaxt istəyib.
Qeyd edək ki, Abdullah Avcının son iş yeri "Trabzonspor" olub. O, Qara Daniz təmsilçisi ilə 2021/2022 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.
saytlarin hazirlanmasi