Bu ölkənin çempion klubu azərbaycanlını qışda transfer etməyi planlaşdırır

17:47 - 13 Oktyabr 2024

Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərli Türkiyəni tərk edə bilər.

Sportal.az saytına verilən məlumata görə, Türkiyə birinci liqasında yarışan “Boluspor”da çıxış edən 28 yaşlı yarımmüdafiəçinin “Sarayevo” keçidi gündəmdədir.

Onun “Boluspor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Lakin futbolçunu özü də “Sarayevo”ya keçidə narazı deyil. Bosniya və Herseqovina nəhənginin təklifi İsgəndərli üçün maraqlıdır. Bu klub onun transferinin qışda reallaşmasını istəyir. Vüsal bu mövsüm Türkiyə birinci liqasında 4 matçda meydana çıxıb.

İsgəndərlinin "Boluspor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə”(indiki “Şamaxı”), “Keçiörengücü”, “Sumqayıt”, “Eqnatiya” komandalarında oynayıb.

Qeyd edək ki, "Sarayevo" Bosniya və Herseqovinanın 5 qat çempionudur. Əlavə edək ki, 8 turdan sonra 18 xalla ikinci pillədədir. Lider isə "Jrinski Mostar"dır.

Xəbər xətti