"Boluspor"un futbolçusu Vüsal İsgəndərli Sportal.az saytına açıqlama verib.
Türkiyə klubunun yarımmüdafiəçisi Azərbaycan milli komandasına dəvət olunmasına münasibət bildirib. İsgəndərli bu dəfə yığma komandadan uzaq düşməsini bu cür şərh edib:
"Azərbaycan millisinə bu dəfə dəvət olunmamağım normaldır. Çünki "Boluspor"da az oynayıram. Fernandu Santuş da daha çox meydanda olan oyunçuları yığmaya çağırıb. Millidə olmağım üçün öncə "Boluspor"un heyətində oynamalıyam. Məhz bundan sonra milliyə dəvət haqda düşünə bilərəm. Ümidvaram ki, qarşıdakı toplanışa qədər vəziyyət başqa cür olacaq. Klubumda daha çox oynayacam və milliyə dəvət ediləcəm. Millidə olmasam belə, komandamızın qələbələr qazanmasını arzulayıram".
Qeyd edək ki, Vüsal İsgəndərli 2026-cı il iyunun 30-na qədər "Boluspor"a məxsusdur.
saytlarin hazirlanmasi