Ukraynanın "Polesye" klubunun yarımmüdafiəçisi Emil Mustafayev Sportal.az saytına açıqlama verib.
Gənc futbolçu Azərbaycan millisinin Estoniya və Slovakiya ilə görüşləri üçün düşərgəyə dəvət edilməməsi haqda danışıb.
O, Fernandu Santuşun bu dəfəki siyahısına düşməməsinə rəğmən, həvəsdən düşməyəcəyini bildirib:
"Milliyə dəvət olunmadığımı Fernandu Santuş heyəti açıqlayanda xəbər tutdum. Düzünü deyim, səbəbini bilmirəm. Amma məndən tələb olunan hər şeyi etməyə çalışmışam. Dəvət olunmamağıma gəlincə, bu, məşqçilər korpusunun seçimidir. İstənilən halda, mən milli komandamıza uğurlar arzu edirəm. Bundan sonra əlimdən gələni edəcəm ki, milliyə dəvət edilim. Yığma komandada çox yaxşı rəqabət var. Bu isə bizi daha da güclü edir. İşləməyə davam edəcəm".
Mirbağırağa
saytlarin hazirlanmasi