Azərbaycanlı məşqçi Albaniya klubundan ayrılır? - Vətənə qayıtdı

18:23 - 20 Oktyabr 2024

Azərbaycanlı məşqçi Rüfət Quliyev "Biliş"dən ayrılmağa hazırlaşır.

Sportal.az saytına verilən məlumata görə, Quliyev ailə vəziyyətinə görə Albaniyanı tərk edərək vətənə qayıdıb.

Amma ailə vəziyyətindən savayı da, Rüfət Quliyev "Biliş"də qalmasına mane olan digər səbəblər var.

Belə ki, klub rəhbərliyi öncədən razılaşdırılan şərtlərlə hərəkət etməyib və müqavilə şərtlərinə əməl etməyib. Buna görə də, yaxın vaxtlarda Quliyevin "Biliş"dən ayrılacağı gözlənilir.

Qeyd edək ki, 52 yaşlı məşqçi Albaniya Superliqasında yarışan "Biliş"in əsas komandasında köməkçi, əvəzedici heyətində və U-19 komandasında baş məşqçi kimi çalışır. 

Xəbər xətti